“Kəpəz” klubu “Turan Tovuz”dan ayrılan futbolçunu transfer edib
“Kəpəz” futbol klubu növbəti transferini gərçəkləşdirib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi “Turan-Tovuz”dan ayrılan Vüsal Məsimovu heyətinə qatıb.

23 yaşlı cinah müdafiəçisi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Vüsal Məsimov 2021/2022-ci illər mövsümündə də “Kəpəz”in formasını geyinib.

Xəbər 98 dəfə oxundu.