Dünya çempionatının gümüş mükafatçısı: “Belə sonluq gözləmirdim” | |
Bu, beynəlxalq yarışlarda ilk medalımdır. Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında gümüş medal qazanmış Azərbaycan millisinin üzvü Zeynəb Sultanova deyib. Fərdi atışda ən yüksək göstəriciyə imza atan (8-ci yer) atlet yarışdan əvvəl medal qazanacağını gözləmədiyini bildirib: “Amma sonluğun belə olması çox gözəldir”. Atıcılıqla peşəkar səviyyədə 4 ilə yaxındır məşğul olduğunu söyləyən Sultanova gələcəyə nikbin baxdığını vurğulayıb: “Olimpiadaya vəsiqə qazanmağa hələlik təcrübəm çatmır. İndi ikinci yeri tutdum. Ümid edirəm ki, zaman ötdükcə pillə-pillə yüksək yerlərə kimi gedib çıxaram”. |
|
Xəbər 130 dəfə oxundu. |
|
|