Azərbaycanın bədii gimnastları dünya çempionatında mübarizəyə başlayır
İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına start verilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda ölkəmizi milli komandamızın üzvləri, fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığmamızın gimnastları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan təmsil edirlər.

Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 114 dəfə oxundu.