Avropa çempionatı: Qadın voleybolçulardan ibarət millimiz Yunanıstan yığmasına qalib gəlib | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb. C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstan komandası ilə qarşılaşıb. İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar. Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək. |
|
Xəbər 121 dəfə oxundu. |
|
|