“Neftçi”nin futbolçusu KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb | |
“Neftçi”nin futbolçusu Kilan Lebon Sint-Marten millisinə dəvət olunub. Klubdan verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb. Qarşılaşmalar sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək. Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub. |
|
Xəbər 132 dəfə oxundu. |
|
|