Maradona «Blekbörn»ü qaldırmalıdı
«Blekbörn»ün sahibi Şebbi Sinqx əllərini sallayıb komandasının aşağı enməsini izləmək fikrində deyil. Sinqx vəziyyətdən çıxış yolları axtarır. Xilaskar kimi o, iyulda Birləşmiş Ərəb Əmirlikləri «Əl-Vəsl»ini tərk etmiş əfsanəvi Dieqo Maradonanı görür.

İdman.com.az saytının məlumatına görə, 2 yaşlı argentinalı ilə danışıqlar artıq başlayıb. «Blekbörn» Premyer Liqanı ötən mövsümün yekunlarına əsasən tərk edib. Sentyabrın sonunda komandadan baş məşqçi Stiv Kin göndərilib. Onun vəzifəsini isə indiyə kimi köməkçisi Erik Blek icra edir.

Maradona ilə «Blekbörn» çətin darıxa. Ən azından komanda media planında qalxacaq. Digər tərəfdən Maradona heç də pis məşqçi də deyil. 2010-cu il dünya çempionatında o, Argentina yığmasını dörddəbir finaladək daşıyıb. «Əl-Vəsl»i isə BƏƏ-də 8-ci yerlə kifayətləndirib.

Xəbər 1018 dəfə oxundu.