Avropa Liqası: “Qarabağ”ın səfər proqramı açıqlanıb | |
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyada "Olimpiya" klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı açıqlanıb. Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq. Həmin gün Bakı vaxtı ilə saat 21:15-də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı olacaq. Bundan 15 dəqiqə sonra isə Azərbaycan çempionunun media nümayəndələri üçün açıq məşqi nəzərdə tutulub. Qeyd edək ki, avqustun 24-də “Stoyitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. |
|
Xəbər 111 dəfə oxundu. |
|
|