Çimərlik voleybolu üzrə yığmamız Avropa çempionatında iştirak edəcək
Oğlanlardan ibarət çimərlik voleybolu üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda iştirak edəcək.

Yığmamız bu dəfə CEV U-18 Avropa çempionatında təmsil olunacaq. Turnir 23-27 avqust tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək.

Çempionatda ölkəmizdən bir komanda qüvvəsini sınayacaq. Təmsilçimiz mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, voleybolçularımız İqor Olefirin baş məşqçiliyi altında yarışacaqlar.

Xəbər 92 dəfə oxundu.