Avropa çempionatı: Qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununu keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Ataman Güneyligilin baş məşqçi olduğu kollektiv C qrupundakı dördüncü matçında Yunanıstan seçməsini sınağa çəkəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bu qrupun digər görüşündə ev sahibi Almaniya yığması Çexiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız qrupda keçirdiyi əvvəlki qarşılaşmalarda Çexiyanı 3:0 hesabı ilə məğlub edib, Almaniyaya 1:3, Türkiyəyə isə 0:3 hesabı ilə uduzub. Milli komandamız hazırda qrupda üç xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 119 dəfə oxundu.