Mahir Emrelinin çıxış etdiyi komandanın baş məşqçisi istefaya göndərilib
Xorvatiyanın "Dinamo"(Zaqreb) komandası baş məşqçi İqor Bişçanla yollarını ayırıb.

45 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

İqor Bişçan bu ilin aprelində Zaqreb təmsilçisinin sükanı arxasına keçmişdi.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Dinamo” komandasında çıxış edir.

Xəbər 115 dəfə oxundu.