Azərbaycan universitetlərinin birləşmiş komandası Saratov Dövlət Universitetinə qalib gəlib
Badminton üzrə Azərbaycan Universitetlərinin Birləşmiş Komandası Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Saratov Dövlət Universiteti ilə oyuna çıxıb.

Komandamız rusiyalı tələbələri 3:2 hesabı ilə məğlub edib.

Oyunda Nigar Əliyeva (şəxsi), Nərmin Şərifova və Nigar Əliyeva (qoşa), Rəvan Niftəliyev və Nərmin Şərifova (qarışıq cütlük) fərqləniblər.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 177 dəfə oxundu.