Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək | |
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 11-15 sentyabr tarixlərində Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq. FIVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar ingilis dilini bilməli, həmçinin onlar sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FIVB-nin tələblərinə görə, əvvəlki Level kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Qeyd edək ki, FIVB-nin Bakıda Level 1 seminarı bu il 3-7 iyul tarixlərində keçirilib. |
|
Xəbər 91 dəfə oxundu. |
|
|