“Kəpəz” klubu Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib
“Kəpəz” komandası Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib.

Bu, Premyer Liqanın III turuna təsadüf edib.

Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.

1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.

Qeyd edək ki, yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.

Xəbər 80 dəfə oxundu.