Di Kanio Madonna ilə nəyi yaşaya bilmədi?
İngiltərənin aşağı divizionundan olan «Suindion»un ölkənin Liqa kubokunda ilk 16-lığa düşməsi gözlənilməz idi. İdman.com.az saytının məlumatına görə, bu mərhələdə «Aston Villa» da onu çətinliklə yolundan kənarlaşdırıb. Qeyri-adiliyi ilə seçilən klub süknaçısı Paolo Di Kanio da gah kiməsə tüpürür, gah fanatların tribunasına dırmaşır və milliyyətçi jestlər nümayiş etdirir. Bu onun qanındadır.

Yaxınlarda klubun sükanına Di Kanio keçən kimi, klub ölkənin səviyyəcə 3-cü divizionuna qalxdı. Son kubok oyunundan qabaq Birmingem klubuna qalib gələcəyini iddia etmiş məşqçi «Mən «Vest Hem»də oynayarkən, 2001-ci ildə kubokda «Mançester Yunayted»in qapısına qol vurmuşdum. 9 min azarkeşin qol sevincini görmək çox gözəldi. Mənim üçün bir futbolçu kimi bu, Madonna ilə seksə bənzəyirdi. «Aston Villa» üzərində qələbə də məşqçi kimi həmin hissləri yaşadar».

Ancaq komandası rəqibinə döyüş versə də, Paolonun 54 yaşlı pop-ulduzla «seks yaşaması» alınmayıb. Komanda yenilərək kubok yolunu dayandırıb.

Xəbər 935 dəfə oxundu.