Fransalı güləşçilər Göyçayda keçirilmiş Nar bayramında iştirak ediblər

Xəbər verdiyimiz kimi, Fransanın Leql şəhəri merinin müavini İzabel Klyuşun rəhbərlik etdiyi güləşçilərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Noyabrın 3-də qonaqlar Göyçayda keçirilən VII Nar bayramında iştirak ediblər.

Fransalı qonaqlar Azərbaycan mətbəxinin xoş təamlarını dadıb və onlara nardan hazırlanmış müxtəlif yeməklər təqdim olunub.
Göyçaylı gənclərlə yoldaşlıq oyunu keçirilən fransalı güləşçilər Nar bayramından xoş təəssüratlarla ayrılıblar.

AzərTAc

Xəbər 1101 dəfə oxundu.