Azərbaycan şahmatçısı olimpiadada qızıl medal qazanıb
Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma mötəbər yarışı 12-ci pillədə başa vurub. Şahmatçımız Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində onun şərəfinə Azərbaycan himni səsləndirilib.

Xəbər 158 dəfə oxundu.