Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb.

Almaniyanın Düsseldorf şəhərində oynanılan qarşılaşma millimizin 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparırlar. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Xəbər 165 dəfə oxundu.