Cihan Özkara Azərbaycan milli komandasının düşərgəsinə tez gələcək
Cihan Özkara Azərbaycan milli komandasının düşərgəsinə tez gələcək. Türkiyənin “Ərciyyəspor” klubunun hücumçusu millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər oyununa hazırlığa əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 12-də deyil, 8-də qoşulacaq. Bununla da Cihan noyabrın 6-da Bakıda başlayanı təlim-məşq toplanışına qatıla biləcək və milli ilə birgə 10-da Belfasta yollanacaq.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.
affa.az

Xəbər 876 dəfə oxundu.