Olena Xarçenko: Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik
Hər kəs öz tapşırığını bilir və onu yerinə yetirmək üçün çalışır.

Bu sözləri qadınlardan ibarət voleybol üzrə millimizin blokçusu Olena Xarçenko qurumun mətbuat xidmətinə müsahibəsi zamanı qeyd edib.

İdmançı bildirib ki, Avropa çempionatına hazırlaşmağa kifayət qədər vaxtları olub: “Bəzi oyunçularımızda zədələr vardı, bəzilərimiz bütün yoxlama matçlarında oynaya bilməsək də, bu, hazırlığa mane olmadı. Çünki biz ilk il deyil ki, bir yerdə oynayırıq, hamımız bir-birimizi yaxşı tanıyırıq. Düşünürəm ki, hər kəs formadadır. Oynaya bilmədiyimiz müddətdə məşqçilərin xüsusi proqramı ilə hazırlığı davam etdirirdik ki, formada qalaq”.

“Düsseldorfda ilk məşqimiz baş tutdu. Hər şey normal keçdi, əhvalımız yaxşıdır. Yarışda addım-addım irəliləyəcəyik. Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik. Daha yaxşı çıxış edib məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Olena Xarçenko əlavə edib.

Xəbər 157 dəfə oxundu.