İdman gimnastikası üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Misirin paytaxtı Qahirəyə yola düşüblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Aytən Məmmədova, Duyğu Məcidzadə, Aydın Əlizadə, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Nəzrin Hümbətova, Aynaz Məcidzadə, Xədicə Abbaszadə, Leyla Məmmədzadə, Albina Alieva və Dəniz Əliyevanın yer aldığı yığma “Pharaoh’s Cup” turnirində iştirak edəcək.

Qeyd edək ki, yarış avqustun 18-dən 20-dək keçiriləcək.

Xəbər 143 dəfə oxundu.