Ufuk Budak ağır zədədən sonra kollektiv məşqlərə başlayıb
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak ağır zədədən sonra kollektiv məşqlərə başlayıb. Müdafiəçimiz artıq “Əskişəhərspor”da rəsmi debütünü edib.

Ancaq bu, əsas yox, ikinci komandada gerçəkləşib. Belə ki, A2 Liqasında “Əskişəhərspor” “Göztəpə” ilə qarşılaşıb. Ufuk bu oyunda ilk dəqiqələrdən meydanda olub. Hesabı Budakın polşalı komanda yoldaşı Maletski açsa da, 36 və 38-ci dəqiqələrdə izmirlilər Fırat və Özgürlə hesabı öz xeyirlərinə dəyişib. Ancaq Budakın 68-ci dəqiqədə vurduğu qol komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, bu nəticədən sonra “Əskişəhərspor” qrupundakı liderliyini sürdürüb.

Xəbər 1165 dəfə oxundu.