Azərbaycan paracüdoçusu Avropa çempionu olub
Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında Azərbaycanın daha iki paracüdoçusu medal qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Xəbər 92 dəfə oxundu.