Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq
Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq. Son oyun günündə Azərbaycan təmsil edən “Rabitə” İtaliya “Villa Kortese”si ilə üz-üzə gələcək.

Bakı təmsilçisini ciddi sınaq gözlədiyini proqnozlaşdırmaq olar. Çünki “Dördlər finalı”nın son iştirakçısı “Villa Kortese”si kifayət qədər ciddi rəqibdir.

Amma baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən Azərbaycan çempionunun qələbəsi gözləniləndir.

Düzdür, İtaliya təmsilçisi ən azı Bakıdan 1 xalla getməyi planlaşdırır. Amma qarşısına Çempionlar Liqasının qalibi olmaq məqsədini qoyan “Rabitə”nin italiyalılara güzəşt edəcəyi inandırıcı deyil. Xüsusilə, ev oyunlarında belə “hədiyyələri” sevməyən komandanın xal itirəcəyi gözlənilmir.

1 noyabr

B qrupu
18:00. “Rabitə” – “Villa Kortese” (İtaliya)
Hakimlər: Viktor Markov (Rusiya), Bülənt Bozqurt (Türkiyə)
Bakı. “Sərdəhçi” Olimpiya Mərkəzi

Xəbər 865 dəfə oxundu.