Yeni transfer olan üç legioner futbol üzrə Azərbaycan çempionatında debüt edib
Misli Premyer Liqasının birinci turu yeni legionerlərin debütü ilə əlamətdar olub.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb.

Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb. Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vinsent Til “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.

Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdı. Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinib. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.

Xəbər 101 dəfə oxundu.