Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olacaq
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq.

Bu mərhələdə 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək.

Pley-off mərhələsinin görüşləri avqustun 24-31-də keçiriləcək.

Xəbər 107 dəfə oxundu.