Böyükağa Hacıyev “Rubin”lə ev oyunu barədə düşünmək istəmir
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının 4-cü turunda keçiriləcək “Rubin”lə ev oyunu barədə düşünmək istəmir. Dünən evdə “Simurq”u məğlub edən flaqmanın çalışdırıcısı diqqətini yenə daxili çempionata yönəldib. Hacıyev beynində fikirləri qarışdırmaq istəmir:
“İndi mənim siyahımda “Rubin”ə yer yoxdur. Çünki bundan öncə Qəbələ səfəri var. Bu oyun başa çatdıqdan sonra dərhal “Rubin”lə bağlı düşünməyə başlayacam”.
Qeyd edək ki, “Rəvan”a məğlubiyyətdən sonra istefası gündəmə gələn baş məşqçi “Simurq”u üstələdikdən sonra bir qədər rahat nəfəs alıb. Məlumat üçün əlavə edək ki, “Neftçi” – “Rubin” oyunu noyabrın 8-də keçiriləcək.

Futbol11.az

Xəbər 913 dəfə oxundu.