MDB Oyunları: Azərbaycanın gimnastika millisi bürünc medal qazanıb
Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycanın millisi Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası buna çoxnövçülük proqramında nail olub.

Xəbər 150 dəfə oxundu.