Basketbol: Millimiz Andorra yığmasına qalib gəlib
Avqustun 5-də Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun 5-9-cu yerlər uğrunda mübarizədə millimizin növbəti oyunu reallaşıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Oğlanlardan ibarət U-18 millimiz Andorra yığması ilə qarşılaşıb və rəqibinə 81-55 hesabı ilə qalib gəlib. Avropa çempionatı "C" divizionunda 5-9-cu yerlər uğrunda mübarizədə millimizin növbəti rəqibi San-Marino yığması olacaq. Oyun avqustun 6-da saat 12:30-da start götürəcək.

Xəbər 133 dəfə oxundu.