“Araz-Naxçıvan” özbəkistanlı oyunçu transfer edib
“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.

Özbəkistanlı müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb. Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı futzalçı Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionunun heyətində yer alacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer pəncərəsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç komandaya transfer olunub.

Xəbər 85 dəfə oxundu.