U-21 millimizin Serbiya ilə matçının yeri müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Xəbər 87 dəfə oxundu.