Əliyar Ağayev Çempionlar Liqasında
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Xəbər 90 dəfə oxundu.