“Neftçi” – “Jelezniçar” matçının biletlərinin hamısı satılıb
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı üçün biletlərin hamısı satılıb.

Bu barədə “Neftçi” klubunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə Macarıstandan olan hakimlər təyinat alıblar. Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.

Xəbər 96 dəfə oxundu.