Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb | |
Basketbol üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb. Həmyerlimiz noyabrın 7-də Orenburqda keçiriləcək Avroçelenc matçında referilik edəcək. O, qadınlardan ibarət “Nadejda” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) qarşılaşmasında ədaləti qoruyacaq. Qeyd edək ki, Həsənov 1 gün öncə baş tutmuş “Yekaterinburq” – “Nova Zaqreb” görüşündə də iş başında olub. Oyun ev sahiblərinin 83:77 hesablı qələbəsi ilə yekunlaşıb. |
|
Xəbər 1207 dəfə oxundu. |
|
|