“Qarabağ”ın növbəti oyunu Tofiq Bəhramov adına stadionda keçiriləcək
“Qarabağ”ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə keçirəcəyi ilk oyununun başlama saatı və stadionu müəyyənləşib.

Avqustun 10-u reallaşacaq matç Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Qeyd edək ki, “Qarabağ”ın HİK komandası ilə cavab görüşü isə avqustun 17-də olacaq.

Xəbər 114 dəfə oxundu.