Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb
Zaur Hacıbabayev növbəti qələbəsini qazanıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə “MMA Global” silsiləsindən Qran-Pri keçirilib.

Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib. Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Zaur Hacıbabayev misirli döyüşçü Əhməd Al Tayeblə üz-üzə gəlib.

Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu, onun peşəkar idmanda beşinci qələbəsi olub.

Xəbər 103 dəfə oxundu.