“Neftçi” Andre Şinyaşikini transfer edib
“Neftçi” növbəti transferini həyata keçirib.

Bununla bağlı paytaxt təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb. Bildirilib ki, Bakı təmsilçisi Andre Şinyaşiki transfer edib. Braziliyalı hücumçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunda oynayıb.

Xəbər 115 dəfə oxundu.