İsmail Azzaoui “Araz-Naxçıvan”da
Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.

Bu barədə klub açıqlama yayıb. Bildirilib ki, Mərakeş əsilli Belçika vətəndaşı olan İsmail Azzaoui müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.

İyirmi beş yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xəbər 101 dəfə oxundu.