Azərbaycan millisinin heyəti açıqlanıb
Azərbaycan millisinin heyəti açıqlanıb. Millimizin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Şimali İrlandiya ilə Belfastda keçiriləcək oyuna 26 futbolçu çağırıb.

Bunlardan "Neftçi"nin kapitanı Rəşad Sadiqovun uzun fasilədən sonra çağırılmağı əsas diqqəti çəkən məqamdır. "Simurq"un kapitanı Rasim Ramaldanov isə ümumiyyətlə, ilk dəfə milliyə dəvət olunub. Qapıçı Kamran Ağayev cəzalı, millimizin kapitanı olan müdafiəçi Rəşad Sadıqov zədəli olduğundan, heyətdən kənarda qalıb. Foqts müəyyən fasilədən sonra Rizvan Umarov, Uğur Pamuk, Hacı Əhmədova dəvət göndərib.

Anar Nəzirov - "Qəbələ"
Səlahət Ağayev - "Sumqayıt"
Andriy Popoviç - "Turan"
Volodimir Levin - "İnter"
Bədavi Hüseynov - "Qarabağ"
Maksim Medvedev - "Qarabağ"
Əli Gökdemir - "Hannover 96" (Almaniya)
Hacı Əhmədov - "Qarabağ"
Aqil Nəbiyev - AZAL
Ruslan Abışov - "Xəzər Lənkəran"
Elhad Nəziri - "Milsami" (Moldova)
Murad Ağayev - "Sumqayıt"
Rasim Ramaldanov - "Simurq"
Aleksandr Çertoqanov - "Qəbələ"
Rəşad Sadiqov - "Neftçi"
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Mahir Şükürov - "Neftçi"
Cavid Hüseynov - "Adanademirspor" (Türkiyə)
Elvin Məmmədov - "Bakı"
Rizvan Umarov - "Elçe" (İspaniya)
Uğur Pamuk - "Sumqayıt"
Branimir Subaşiç - "Xəzər Lənkəran"
Vüqar Nadirov - "Qarabağ"
Vaqif Cavadov - "Qarabağ"
Rauf Əliyev - "Qarabağ"
Cihan Özkara - "Kayserispor Erciyesspor" (Türkiyə)

Qeyd edək ki, Şükürovla Sadiqov noyabrın 9-da, Gökdəmirlə Özkara isə noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.

Xəbər 838 dəfə oxundu.