Mərakeşli futbolçu dünya çempionatında ilk dəfə hicabda çıxış edib
Futbol üzrə qadınlardan ibarət Mərakeş yığmasının müdafiəçisi Nuhayla Benzina dünya çempionatlarının tarixində ilk dəfə olaraq oyunda hicabda iştirak edib.

Futbolçu qrup mərhələsinin ikinci turunda Cənubi Koreya komandasına qarşı bütün oyunu (1:0) keçirib. O, məhsuldar hərəkətlərlə fəqlənməyərək, görüşün 81-ci dəqiqəsində sarı kart alıb.

Dünya çempionatı iyulun 20-dən avqustun 20-nə qədər Yeni Zelandiya və Avstraliyada keçirilir. Turnirin hazırkı qalibləri amerikalılardır.

Xəbər 85 dəfə oxundu.