“Milan” komandasının hücumçusu “Beşiktaş”a transfer olub
İstanbulun “Beşiktaş” komandası xorvatiyalı ulduz futbolçunun transferini açıqlayıb.

“Beşiktaş” Xorvatiya yığmasının və İtaliyanın “Milan” komandasının hücumçusu Ante Rebiçi heyətinə cəlb edib.

Türkiyə komandası futbolçunun keçidi üçün Milan təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına bildirib.

Atatürk Hava Limanında jurnalistlərə açıqlama verən Ante Rebiç “Beşiktaş”da 7 nömrəli formanı geyinəcəyini deyib.

Qeyd edək ki, 2019-cu ildən “Milan”da çıxış edən futbolçu 43 dəfə Xorvatiya yığmasının formasını geyinib.

Xəbər 80 dəfə oxundu.