Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı keçirilib.

Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi məsələləri yer alıb.

İclasda federasiya sədri vəzifəsinə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Q.Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Göstərilən etimada görə minnətdarlığını bildirən Q.Abdullayev federasiyanın muxtar respublikada futbolun inkişafı istiqamətində sistemli tədbirlər görəcəyini qeyd edib, bu istiqamətdə səylə çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Vüqar Abbasov idi.

Xəbər 100 dəfə oxundu.