Ömər Cavadov Avropa birinciliyində qızıl medal qazanıb
Ömər Cavadov Avropa birinciliyində qızıl medal qazanıb.

iyulun 26-da Rumıniyanın paytaxtı Buxarestdə başlayan yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 152 kiloqramı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

Cavadov təkana qaldırma hərəkətində 165 kiloqramı qaldırıb və bu hərəkətdə 4-cü olub.

Toplamda 317 kiloqram (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.

Xəbər 158 dəfə oxundu.