İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub | |
Futbol üzrə İspaniya millisinin sabiq üzvü David Silva karyerasını başa vurub. “Real Sosyedad”ın 37 yaşlı yarımmüdafiəçisi bunu sosial şəbəkə hesabında açıqlayıb. Dizindən ağır zədə alan futbolçu qərarı ilə bağlı bildirib: “Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam”. Qeyd edək ki, 2010-2020-ci illərdə “Mançester Siti”də çıxış edən yarımmüdafiəçi 309 oyunda meydana çıxıb və 60 qol vurub. O, Mançester təmsilçisinin heyətində 4 dəfə İngiltərə çempionu olub. Silva 2020-ci ildən "Real Sosyedad"da oynayırdı. O, "Valensiya", "Eybar" və "Selta"da da çıxış edib. |
|
Xəbər 94 dəfə oxundu. |
|
|