“Jelezniçar” klubu “Neftçi” ilə oyuna itkilərlə çıxacaq
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Jelezniçar” ilk görüşə optimal heyətlə çıxa bilməyəcək.

Bunu Bosniya və Herseqovina klubunun baş məşqçisi Nermin Başiç açıqlayıb.

Bildirib ki, yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviç zədə səbəbindən görüşü buraxacaqlar. Həmçinin müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın da oynayıb-oynamayacağı bəlli deyil.

Qeyd edək ki, bu gün “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 91 dəfə oxundu.