MDB Oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib
Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Avqustun 5-də millimiz İran, ertəsi gün Belarus, ayın 7-də isə Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə üz-üzə gələcək.

Xəbər 83 dəfə oxundu.