Naxçıvanda bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Bölgədə baş tutacaq ilk beynəlxalq yarış çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksində kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar.

Sentyabrın 21-də start götürəcək turnir iki gün davam edəcək.

Xəbər 113 dəfə oxundu.