“Neftçi” klubu yeni transferlərini “Jelezniçar”la oyunlar üçün UEFA-ya sifariş edib
Bakının “Neftçi” klubu yeni transferləri Mark Tamaş və Ervin Koffini UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Jelezniçar"la (Bosniya və Herseqovina ) oyunlar üçün UEFA-ya sifariş edib.

Hər iki legioner müdafiəçinin adı iştirak ərizəsinə salınıb.

Əvəzində isə Serbiyanın “Partizan” komandasına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.

Xəbər 94 dəfə oxundu.