Cuzeppe Kuçarini: “Komandaya yenicə qoşulsam da, qələbə qazandığımıza görə xoşbəxtəm”
“Komandaya yenicə qoşulsam da, qələbə qazandığımıza görə xoşbəxtəm”. Bunu “Lokomotiv”in baş məqşçisi Cuzeppe Kuçarini deyib.

İtaliyalı mütəxəssis “dəmiryolçular”la debüt matçından danışıb. O, Çempionlar Liqasında Moskva “Dinamo”suna 3:0 hesabı ilə qalib gəldikləri oyunda rəqibə aman vermədiklərini deyib: “Biz göstərdik ki, çox güclü komandayıq. Yerli azarkeşlər qarşısında belə hesabla qalib gəldiyimiz üçün sevinirik. Bu, inamlı qələbədir”.

Qeyd edək ki, rusiyalılarla oyun “Lokomotiv”in Çempionlar Liqasında ilk oyunu kimi də tarixə düşdü.

Xəbər 959 dəfə oxundu.