Boksçumuz Elbrus Kərimli Avropa birinciliyində növbəti qələbəsini qazanıb
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

Çempionatda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.

Yığmamızın üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, dörddəbir finalda Mirboran Yıldırımla (Türkiyə) gücünü sınayacaq. Görüş iyulun 27-də olacaq.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.

Xəbər 115 dəfə oxundu.