Qılıncoynadanımız Anna Başta dünya çempionatında mübarizəyə əsas mərhələdən qoşulacaq
İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə dünya çempionatında qadınların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.

Qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviç ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

Qadın sablyaçıların dünya reytinqində 7-ci olan Anna Başta mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq.

Anna Başta ən güclü 32-liyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada hindistanlı Anandha Çadalavada ilə qarşılaşacaq.

Kişi şpaqaçıların şəxsi yarışında ölkəmizi təmsil edən Ruslan Həsənov qrup mərhələsini adlayaraq ən güclü 64-lüyə kimi irəliləməyi bacarsa da, 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Marko Brinkmana 7:15 hesabı ilə uduzub.

Barat Quliyev isə mübarizəni qrup mərhələsində dayandırıb.

Xəbər 148 dəfə oxundu.